Bir gecədə Belqorod, Bryansk və Voronej vilayətləri üzərində yeddi pilotsuz təyyarə məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl Voronej vilayətində PUA-nın hücumu nəticəsində bir nəfər qəlpə yarası alıb. Daha sonra PUA-nın parçalarının yerə düşməsi nəticəsində bölgədə yanğın baş verib.
Belqorod vilayətinin Veidelevka kəndinə PUA-nın hücumu nəticəsində isə bir şəxs yanıq xəsarəti alıb.
Bizim.Media