NATO Rusiyanın təxribatı riski ilə əlaqədar Almaniyada yerləşən hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Financial Times” məlumat verib.
Söhbət Almaniyanın şimal-qərbindəki Geilenkirchen hərbi bazasından - Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edən NATO-nun Awacs hava kəşfiyyat donanmasının yerləşdiyi yerdən gedir.
NATO-nun Almaniyadakı sözçüsü Donni Demmers bildirib ki, xəbərdarlıq “ehtiyat tədbiri” idi, çünki “Kremlin kəşfiyyat xidmətləri Kiyevi dəstəklədiyinə görə cavab olaraq Avropanın daxili və hərbi obyektlərinə ziyan vura bilər”.
Bizim.Media