İsrail hökuməti Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə icazə verməyib.
Bizim.Media xəbər verir ki, bunu Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki deyib.
“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Daha sonra İsrailin cavabı gəldi və bildirildi ki, onlar prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, bi neçə gün əvvəl Fələstin Prezidenti Mahmud Abbas Qəzza zolağına səfər etmək niyyətində olduğunu açıqlamışdı.
Bizim.Media