Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətinə hücumundan sonra Kiyevlə danışıqların mümkünlüyünü istisna edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Neonasistlər Kursk vilayətində terror aktı törətdikdən sonra hər şey öz yerinə düşdü. Vasitəçilərin gözəl dünya mövzusunda boş söhbətlərinə son qoyuldu. İndi hər kəs hər şeyi başa düşür, hətta ucadan deməsələr də. Onlar başa düşürlər ki, düşmən tamamilə məğlub olana qədər daha danışıqlar olmayacaq!” - deyə o, qeyd edib.
Bizim.Media