İranın Almaniyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya XİN-in nümayəndəsi məlumat verib.
Məlumata görə, buna səbəb İran hökumətinin Tehrandakı səfirlikdəki Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı olub:
“İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılır. İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dili Tədqiqatları İnstitutuna qarşı hərəkətlərini pisləyirik. Buna heç cür haqq qazandırmaq olmaz. Biz İranın yeni hökumətini dərhal tədrisin bərpasına icazə verməyə çağırırıq”.
Bizim.Media