Böyük Britaniyanın orbitə ilk şaquli raket buraxılışı uğursuzluqla başa çatıb.
Bizim.Media "The Guardian" nəşrinə istinadən xəbər verir ki, sınaq Almaniyanın "Rocket Factory Augsburg" (RFA) şirkəti tərəfindən həyata keçirilib.
Partlayış doqquz mühərrikin sınağı zamanı baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində itki olmayıb.
RFA bildirib ki, əvvəlki sınaq üç ay əvvəl keçirilib və uğurlu alınıb.
Bizim.Media