Xəbər verdiyimiz kimi, ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə iş adamı İlon Maska nazir və ya müşavir vəzifəsi verəcəyini bildirib. Milyarder Ağ Evin keçmiş sahibinin təklifinə cavab verib.
Bizim.Media xəbər verir ki, Mask X sosial şəbəkəsindəki səhifəsində "Mən xidmət etməyə hazıram" yazıb.
Xatırladaq ki, Mask dəfələrlə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin siyasətini tənqid edərək onu məşhur amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun nəzarətində olan kukla adlandırıb.
Onun sözlərinə görə, Harrisin ideologiyası bəşəriyyətin yox olmasına gətirib çıxaracaq.
Bizim.Media