Qırğızıstanın cənubunda zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
İnstitutun saytında dərc olunan məlumata görə, zəlzələnin intensivliyi 12 ballıq şkala üzrə 3,5 bal olub.
Zəlzələnin ocağının Qırğızıstan ərazisində, Üç-Terek kəndindən 6 km şimalda yerləşdiyi bildirilir.
Bizim.Media