Rusiya millisi Vyetnam və Tailandla yoldaşlıq oyunları keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının saytı məlumat yayıb.
Görüşlər Vyetnamın paytaxtı Hanoidəki “Mi Din” stadionunda keçiriləcək. Rusiya sentyabrın 5-də Vyetnamla, sentyabrın 7-də isə Tailandla qarşılaşacaq. Rusiya millisi 2024-cü ildə Serbiya (4:0) və Belarus (4:0) ilə iki yoldaşlıq oyunu keçirib.
2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya milli komandası və Rusiya futbol klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media