“Mətninə müxtəlif illərdə ümumilikdə 19 dəyişiklik edilən Türkiyənin 1982-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırkı redaksiyası artıq ölkənin ehtiyaclarını ödəmir. Bununla əlaqədar olaraq, payız sessiyasının əvvəlindən (2024-cü ilin oktyabrında - red.) Respublikanın Əsas Qanununun yeni layihəsinin müzakirəsinə başlamağı planlaşdırırıq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.
O bildirib ki, yeni Konstitusiyasının qəbulu ilə bağlı addımların yol xəritəsi müəyyən edilib: “2025-ci ilə qədər davam edəcək müzakirələrdə müxtəlif siyasi partiyaların nümayəndələri, ictimaiyyət, ali məktəblərin, məhkəmə sisteminin, cəmiyyətin digər təbəqələrinin nümayəndələri iştirak edəcək. Biz bütün təşəbbüsləri təhlil edəcəyik. Daha sonra qanunvericilik müzakirələri keçiriləcək”.
Bizim.Media