Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ sakinləri kütləvi aclıq baş verəcəyini gözləyə bilərlər.
Bizim.Media xəbər verir ki, amerikalı iş adamı İlon Mask bu barədə xəbərdarlıq edib.
X sosial şəbəkəsində o, Harrisin ərzaq qiymətlərinin məhdudlaşdırılması proqramının həyata keçirilməsinin ölkənin yeyinti sənayesinin iflasına gətirib çıxaracağını, onun gəlirsiz hala düşəcəyini proqnozlaşdıran maliyyə ekspertinin yazısını paylaşıb.
Bu, müəllifin fikrincə, ABŞ-ın bir dövlət kimi dağılmasına və əhali arasında kütləvi aclığa səbəb ola bilər.
Mask ekspertin bu proqnozu ilə razılaşaraq bunu “dəqiq nəticə” adlandırıb.
Bundan əvvəl İlon Mask ABŞ-ın keçmiş Prezidenti Donald Tramp razılaşacağı təqdirdə onunla rəqs etməyə hazır olduğunu bildirmişdi.
Bizim.Media