ABŞ-ın “USS Abraham Lincoln” reaktiv təyyarədaşıyan gəmisi Cənubi Çin dənizini tərk etdikdən sonra Yaxın Şərqə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu dislokasiya İsrailin İrana qarşı qabaqlayıcı hücumunun qaçılmaz olduğunu bildirdiyi ərəfədə baş verir.
Bu gəminin bölgədə olması ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrini gücləndirmək və İsrailin İrana qarşı mümkün əməliyyatlarına dəstək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Bizim.Media