Ukrayna Ordusunun 22-ci Mexaniki Briqadasının 24 nəfərdən ibarət bölüyünün şəxsi heyəti səhər saatlarında Rusiya tərəfinə təslim olub.
Bizim.Media “TASS”a istinadən məlumatına görə, proses Kursk vilayətinin Komarovka rayonu ərazisində reallaşıb.
Onlar silahlarını yerə ataraq rusiyalı hərbçilərin mövqelərinə yaxınlaşıb, təslim olduqlarını elan ediblər.
Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, bir həftədə 57 Ukrayna əsgəri atışma olmadan təslim olub.
Rusiya MN Ukrayna əsgəri Sergey Zavadski rus əsgərlərinin Kursk istiqamətində bir güllə belə atmadan onu necə əsir götürdüyünü danışan video yayıb.
Bizim.Media