Türkiyə hakimiyyətinin ölkəyə giriş edənlərdən barmaq izlərini almaq planlarının turistlərə təsir edəcəyi gözlənilmir.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti Rusiya səfirliyinə istinadən yazıb.
Eyni zamanda, diplomatik nümayəndəlik Ankaradan gələn dəqiqləşdirmələrə ümid bəslədiklərini vurğulayıb.
Qeyd edək ki, avqustun 14-də Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri ölkəyə daxil olan xarici vətəndaşların barmaq izlərinin alınacağını açıqlayıb.
Bizim.Media