İspaniya hökuməti Ukraynaya öz silahlarının Rusiya ərazisində istifadəsinə icazə verdi.
Bizim.Media xəbır verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles məlumat yayıb.
O, Ukraynanın Kursk bölgəsində ispan silahlarından istifadə etməsinə dair məlumatı olmadığını deyib, lakin qeyd edib ki, ötürülən silahlardan necə istifadə edəcəyini Kiyev müəyyən edir.
“Bu, müharibədir və buna görə də Ukrayna hər an lazım bildiyi silahlardan istifadə edəcək”, - Robles əlavə edib.
Qeyd edək ki, Kanada da daha əvvəl Ukraynaya təhvil verdiyi silahların Rusiya Federasiyası ərazisində istifadəsinə icazə vermişdi.
Bizim.Media