Türkiyə ordusu “Hisar-O” zenit-raket kompleksi üçün uzun mənzilli raketi sınaqdan keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, “Hisar-O” Türkiyənin inkişaf etdirilən hava hücumundan müdafiə sistemində əsas sayılır.
Sistemin yaradılmasına avqust ayında başlanılıb və o, respublikanın bütün hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını nəzərdə tutur. Bu isə sistem çərçivəsində hərbçilərə məlumatı sürətlə paylaşmaq imkanı verəcək.
Bizim.Media