Rusiyanın İrkutsk vilayətində “Tu-22M3” bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 15-də İrkutsk vilayətində “Tu-22M3” təyyarəsi planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb. Ekipaj uğurla katapult edib, onların həyatı üçün heç bir təhlükə yoxdur”, - məlumatda qeyd edilib.
Bildirilib ki, təyyarə boş sahəyə düşüb. Onun düşdüyü yerdə dağıntı yoxdur. İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub.
Bizim.Media