Rusiyanın Tümen vilayətində terror aktı hazırlayan iki kütləvi qətl ideologiyasının tərəfdarı saxlanılıb.
Bizim.Media ntv.ru saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.
Mənbə qeyd edib ki, kütləvi qətl ideologiyasının tərəfdarı olan iki rusiyalı saxlanılıb. Onlar Tobolsk daxili işlər orqanlarının obyektində əldəqayırma qurğunu partlatmağı planlaşdırıbmışlar.
Terrorçular tərəfindən təchiz edilmiş anbarda iki əldəqayırma yandırıcı qurğu və əldəqayırma partlayıcı qurğu aşkar edilib və mütəxəssislər tərəfindən yerindəcə məhv edilib.
Bizim.Media