İsrailin raket zərbələri nəticəsində "Hizbullah"ın daha iki üzvü öldürülüb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, onların avtomobili İsrail tərəfindən Mərcəyun şəhərində hədəfə alınıb.
Bir sıra ərəbdilli nəşrlərin məlumatına görə, 7 oktyabr 2023-cü ildən Qəzza müharibəsində "Hizbullah"ın öldürülən üzvlərinin sayı 410-a çatıb.
Bizim.Media