İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlar üçün ölkədən nümayəndə heyətinin göndərilməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılacağı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib. İsrail nümayəndələri avqustun 15-də Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlara gedəcəklər”, - məlumatda deyilir.
Bizim.Media