Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbası qəbul edib.
Bizim.Media TRT Haber-ə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüş prezident iqamətgahında baş tutub.
Səfər zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla ikitərəfli görüş də gözlənilir.
Qeyd edilib ki, sabah, avqustun 15-də Abbas Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclasında çıxış edəcək.
Avqustun 13-də muxtariyyət rəhbəri Rusiya prezidenti Vladimir Putinin Novo-Oqarevodakı iqamətgahında onunla görüşüb.
Bizim.Media