"Axmat"ın 3 döyüşçüsü rusların batalyonu ilə birlikdə əsir götürülüb.
Bizim.Media xəbər verir ki, bunu Kursk vilayətində əsir götürülən çağırışçı UNİAN-ın müxbirinə bildirib.
17-ci batalyonun 3-cü rotasından Dmitri Juravlev iddia edir ki, "Axmat"ın 3 döyüşçüsü çağırışçıların mühasirədən çıxmasına kömək edib, lakin sonda özləri də əsir götürülüb.
Xatırladaq ki, dünən “Axmat” xüsusi təyinatlılarının komandiri Alaudinov hamını inandırmağa çalışıb ki, onun əsgərlərindən bir nəfər də olsun Ukraynaya əsir düşməyib.
Bizim.Media