ABŞ dünyanı qarışdırmaq planını yenə AKTİVLƏŞDİRDİ - Yeni münaqişələr harada olacaq?

Dünyanın supergücü hesab olunan ABŞ hər zaman özünün imperialist xisləti ilə seçilib. Belə ki, tarixdəki imperiyalarda olduğu kimi, ABŞ-ın da siyasətinin ana xəttini “parçala, hökm sür” devizi təşkil edir. Çünki parçalanmış və zəif düşmüş ölkələri idarə etmək çox asandır. Ona görə də Ağ Ev öz liderliyini təkcə əlindəki imkanlarla deyil, həm də qarşı tərəflərin zəif yerlərindən faydalanaraq həyata keçirir.

ABŞ-ı güclü edən nədir?

Bu gün ABŞ dünyada ən böyük ümumdaxili məhsula malik ölkədir. Amma bununla belə ABŞ dünyada ən çox borca sahib olan dövlətdir. Bu ölkənin dövlət borcları 34 trilyonu keçib. Bu da ÜDM-dən təxminən 8 dəfə çoxdur. Əslində belə vəziyyətdə ABŞ iqtisadi cəhətdən məhv olmalıdır. Lakin Vaşinqtonun əlində olan digər imkanlar ABŞ-ı defoltdan xilas edir.

Bu imkanların birincisi dollardır. Bu gün dünya iqtisadiyyatı birbaşa ABŞ-ın milli valyutasından asılıdır. Bütün ölkələr valyuta ehtiyatlarının ən azı 60 faizini dollarla saxlayır. Bu da o deməkdir ki, bütün dövlətlər dolayısı ilə ABŞ iqtisadiyyatının ayaqda qalmasına xidmət edir. Çünki dollar dəyərini kəskin şəkildə itirsə, bundan bütün dövlətlər zərər görəcək.  Beləcə, hər kəs çalışır ki, dollar məzənnəsini saxlasın.

ABŞ-ın ikinci gücü onun ordusundadır.

Hazırda ABŞ ordusunun illik büdcəsi 900 milyard dollara yaxındır. Bu da dünya ölkələrinin ümumi hərbi büdcəsin 30 faizi deməkdir. Çinin hərbi büdcəsi isə 300 milyarda yaxındır. Halbuki, bu qədər hərbi büdcəyə malik ölkə hələ də heç bir dövlətlə üzbəüz müharibə aparmır. ABŞ-ın öz ərazisindəki sonuncu müharibədənsə az qala 250 il keçir.

ABŞ-ı ən güclü edən isə informasiya sahəsindəki hədsiz üstünlüyüdür.

Bu gün dünyada belə bir fikir formalaşıb ki, ən demokratik ölkə ABŞ-dır və ən sağlam iqtisadi münasibətlər bu ölkədədir. Ən gözəl filmlər də məhz bu ölkədə hazırlanır. Hətta ən gözəl qadın və kişilər də məhz ABŞ vətəndaşlarıdır. Baxmayaraq ki, adambaşına düşən illik gəlirə və orta aylıq əmək haqqına görə  ABŞ dünyada bir çox ölkələrə uduzur. Bununla belə ABŞ-da olan informasiya resursları və QHT-lər hər gün dünyanın gündəmini müəyyən edir.

Bu ölkənin çox güclü informasiya qurumları və sosial şəbəkələri var. Bir anlığa nəzər yetirək. “Facebook”, “İnstagram”, “X”, “Google” və digər nəhəng sosial şəbəkələrin baş ofisi ABŞ-da yerləşir. Məhz bu şəbəkələrin və digər informasiya resurslarının hesabına Ağ Ev çox rahatlıqla dünyanı idarə edir.

ABŞ-ın idarəçiliyinin mahiyyəti

Amerikadakı informasiya resursları və qeyri-hökumət təşkilatları cəmi bir neçə saata istənilən məsələ barədə rəy formalaşdıra bilir. Bu resurslar hesabına istənilən ölkə sivilizasiya üçün təhlükə mənbəyinə çevrilir. Məhz bu qrupların əlverişli manevr mühiti yaratdıqdan sonra rəsmi Vaşinqton hərəkətə keçir. Maraqlıdır ki, həmin informasiya resursları və QHT-lər təkcə hansısa ölkəni “ifşa” etmir, həm də Ağ Evdən “tələb edir” ki, bu ölkədə insan haqlarının “pozulmasının” qarşısını alsın.

Təbii ki, ictimai rəydə formalaşan “düşməni” cəzalandırmaq üçün də Vaşinqtonun öz metodları var. Əvvəlcə, həmin ölkədə rəngli inqilab hazırlanır. Bu baş tutmayanda iqtisadi sanksiyalara əl atılır. Bu da keçərli olmasa hərbi müdaxilə yolu seçilir. Maraqlıdır ki, ABŞ heç bir ölkəyə birbaşa ordu yeritmir. Bunun üçün “müttəfiqlər”in imkanından istifadə edilir.

ABŞ-ın informasiya resursları da bu istiqamətdə ciddi iş aparır. Guya ki, ABŞ hansısa ölkənin məhvini, parçalanmasını istəmir. Amma beynəlxalq ictimaiyyət və “aparıcı dövlətlər” tələb edir ki, bu “başıpozuq” ölkə barədə ölçü götürülsün. 

Ortada böyük pullar oynayır

Təbii ki, bu istiqamətdə ciddi vəsait də xərclənir. Məsələn, təkcə 2024-cü ildə ABŞ Federal büdcəsindən Ukrayna, Tayvan və İsrailə yardım üçün 96 milyard dollar vəsait ayırıb. Nəzərə alaq ki, hər 3 ölkə “qaynar nöqtə”dir. Bu da o deməkdir ki, ABŞ bu ölkələrdə sabitlik üçün yox, qarışıqlıq üçün pul xərcləyir. Təki, bu ölkələrdə münaqişə daha geniş coğrafiyanı əhatə etsin.

Bu gün Ukrayna dövlətinin məhvi, ukraynalıların acı faciəsi Ağ Evdə oturanlar üçün ən sonuncu məsələdir. Bu münaqişə hesabına ABŞ əzəli rəqibi Rusiyanı zəif salmaq istəyir. Yaxud Tayvanın müstəqilliyi Vaşinqton üçün o qədər də maraqlı deyil. Ağ Ev üçün vacib olan odur ki, Tayvan Çinə qarşı müharibəyə başlasın və hər gün iqtisadi gücünə güc qatan Çini bir qədər yavaşlatsın. Eləcə də İsrailin əli ilə hər gün iqtisadi imkanlarını artıran ərəb dövlətləri arasında münaqişə toxumu səpilsin.

ABŞ-ın “silahsız” döyüşçüləri

Münaqişələrin daha qanlı məcraya yönəlməsi üçün ABŞ təkcə pul xərcləmir. Həm də münaqişə tərəflərindən birinə hərbçilər də göndərir. Bu hərbçilər o ölkəyə döyüşmək üçün yox, yeni döyüş taktikalarını və qadağan edilmiş silahlardan istifadə qaydalarını öyrətmək üçün gedirlər. Məsələn, hazırda Ukraynada, Tayvanda, İsraildə və Ermənistanda kifayət qədər amerikalı hərbi-təlimçi var.

Beləcə, ABŞ klassik “parçala, hökm sür” taktikasından istifadə edərək özünün iqtisadi gücünə güc qatır. Bu gün Yaxın Şərqin, Ukraynanın sərvətləri okeanın o tayına daşınır. Bir sözlə, Ağ Evdəkilər öz mövcudluqlarını sübut etmək üçün və iqtisadi imkanlarını artırmaq üçün hər gün yeni bir münaqişə ocağını alovladırmağı planlaşdırırlar.

Bu gün ABŞ Cənubi Qafqazda, Orta Şərqdə, Hindistan və Çin yaxınlığında münaqişə ocağı yaratmağa çalışır. Təsadüfi deyil ki, təqaüddə olan amerikalı polkovnik Duqlas Makqreqor bu günlərdə Türkiyəyə qarşı müharibə hazırlığının başladığını elan edib:

"Suriyada Türkiyəyə hücuma hazırlaşırıq. Suriyadakı PKK və digər təşkilatları silahlandırmağa və Türkiyəyə hücum etməyə çağırırıq".

Digər münaqişə ocağı Ermənistanda hazırlanır.

Artıq Amerikalı hərbçilər Ermənistanda yerlərini möhkəmləndirirlər. Onlar Zəngəzura ayaq açıb, regionda sabitliyi pozmağı hədəfləyirlər.

Son günlər Banqladeşdə də ara qarışıb. Nəzərə alaq ki, Banqladeş Hindistanla həmsərhəddir. Çinlə də məsafə uzaq deyil. Vaşinqton Banqladeşdə qarışıqlıq salmaqla Hindistana və Çinə də müharibə alovunu sıçratmaq istəyir. Yoxsa, banqladeşlilərin, ermənilərin ya da suriyalıların acından ölüb-ölməyəcəyi Ağ Evdəkilər üçün o qədər də maraqlı deyil. Təki özlərinin cibləri dolu olsun...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

"Ağ zolaq" BAŞLAYIR: Yanvarın ortalarında şanslı olacaq bürclər

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

“Tottenhem” İngiltərə millisinin üzvünü transfer etdi

Şəkidə minik avtomobili YANDI

Şəkidə minik avtomobili YANDI

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

Norveç Trampın təhdidləri fonunda Qrenlandiyaya iki hərbçi GÖNDƏRƏCƏK

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

“Beşiktaş”dan 10 milyonluq TƏKLİF

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərib

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

"Liverpul" onun üçün sərvət ödəməyə HAZIRDIR

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Elşəndən Azərlə bağlı PAYLAŞIM - FOTO

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Trampın planının ikinci mərhələsi BAŞLADI

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

Azərbaycana qarşı cinayət törətmiş xunta rəhbərlərinin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

“Qarabağ”ın növbəti oyunlarının vaxtı AÇIQLANDI

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

ABŞ-ın viza verilişini dayandırdığı ölkələrin siyahısında Azərbaycan da var - FOTO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

Rəqsanədən Xoşqədəmə cavab - VİDEO

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

“Panik atak”la mübarizə üçün BU QİDALARDAN istifadə edin

Neymar özünə şəhər TİKİR

Neymar özünə şəhər TİKİR

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlandı - FOTO

End of content

No more pages to load

RADİO