Moskvanın Bolşaya Çeryomuşkinskaya küçəsində yerləşən “RİO” ticarət mərkəzində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, yanğın binanın içərisində yerləşən fitnes mərkəzində başlayıb. Daha sonra 2 və 3-cü mərtəbələrə də yayılıb.
Yerli KİV-in məlumatına görə ölən və yaralananlar haqda məlumat verilməyib.
Qeyd edək ki, yanğın artıq söndürülüb.
Bizim.Media