Təbriz həbsxanasında “qəsdən adam öldürməkdə” ittiham edilən dörd məhbus dar ağacından asılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranda İnsan Haqları Təşkilatı (HRANA) yayıb.
Məlumata görə, iki məhbusun kimliyinin Təbrizin Qışlaq kəndindən olan 44 yaşlı Məhəmməd Ənsari Qışlaq və Həştrud bölgəsindən olan 32 yaşlı Əli Mehdian olduğu bildirilib.
Edam edilən digər iki şəxs isə Əfqanıstan vətəndaşları olub.
Bizim.Media