IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil etdi - FOTO

IDEA İctimai Birliyi tərəfindən Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edilib. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində reallaşıb.

IDEA İctimai Birliyindən Bizim.Media-ya verilən məlumata görə, aksiyada 30 nəfər könüllü, həmçinin yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizləyiblər. Nəticədə yarım tona yaxın tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilib.

Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizi və digər su hövzələrinin balıqların təbii inkişafına mane olan alətlərdən təmizlənməsi, həmçinin Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınmasıdır. Bu təşəbbüs, eyni zamanda, sahilyanı ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzərin faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.

Tədqiqatlar göstərir ki, çaylara atılan məişət və sənaye tullantılarının getdikcə çoxalması Kür çayı, o cümlədən Xəzər dənizində balıq artımının kəskin azalma səbəblərindən biridir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən Kür çayı sahilində bu cür təmizlik aksiyaları təşkil edilir.

Kür çayı sahillərində mütəmadi olaraq təşkil edilən təmizlik aksiyaları təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunması baxımından böyük önəm daşıyır.

IDEA İctimai Birliyi aksiyaya qoşulan bütün təbiətsevərlərə göstərdikləri fəallığa, sağlam ətraf mühit naminə verdikləri töhfəyə görə təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətin mühafizəsi təşəbbüslərinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə çağırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda təşkilatlardan birinə kiberhücum olub

Azərbaycanda təşkilatlardan birinə kiberhücum olub

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Azərbaycanda yeni gömrük mexanizmi hazırlanır

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Qəzaya düşən sürücü belə xilas edildi – VİDEO

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Evi vurularkən ağır yaralanan Xarazi öldü

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Əmtəə bazarlarında qızıl və gümüşün QİYMƏTİ

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Cənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Papanın bu görüntüləri gündəm oldu – VİDEO

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

Restoranlarda “servis haqqı” MÜƏMMASI - Müştəri ödəməyə məcburdur?

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

DİQQƏT! Bu cümlələrlə başlayan mesajlara girməyin – Yeni hücum dalğası

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

İrandan TƏKZİB - Danışıqlar yalnız bu halda başlayacaq

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Xamenei İranın qələbəsini ELAN ETDİ

Xamenei İranın qələbəsini ELAN ETDİ

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

Xəzərdə ardıcıl TƏKANLAR – Dağıdıcı zəlzələ gözlənilir?

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

"Kurtlar Vadisi"nin "Karahanlı"sı serialdan ayrılma səbəbini AÇIQLADI

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Melaniya Tramp: “Epşteynlə heç bir əlaqəm olmayıb” – VİDEO

Gəlir vergisi artıq belə bəyan ediləcək

Gəlir vergisi artıq belə bəyan ediləcək

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

Yağışlar kirayə bazarını da “daşırdı” – Qiymətlər “əl yandırır”

End of content

No more pages to load

RADİO