İran prezidenti İsrailin Qəzza məktəbinə hücumunu “qeyri-insani” adlandırıb.
İran prezidenti Məsud Pezeşkian İsrail ordusunun Qəzzada Əl-Tabeen məktəbinə endirdiyi zərbəni pisləyib.
Bizim.Media xəbər verir ki, prezidentin açıqlamasını RİA Novosti yayıb.
“Mən bu qeyri-insani və qəddar hərəkəti qətiyyətlə pisləyirəm. Həlak olanların ailələrinə və qurbanlarına dərin hüznlə başsağlığımı bildirirəm”, – deyə Pezeşkian bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ da İsrailin Qəzzada məktəbə endirdiyi zərbədən narahatlığını bildirmişdi.
Bizim.Media