Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində rus hərbçilərinin tank pusqusunu məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları məlumat yayıb.
Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilir.
Qeyd edək ki, avqustun 6-da Ukrayna ordu birləşmələri Rusiyanın Kursk vilayətinə hücuma başlayıb. 4 gündür davam edən şiddətli döyüşlər nəticəsində Kurskun bir sıra yaşayış məntəqələri Ukraynanın nəzarətinə keçib.
Bizim.Media