Kosovo ilə Serbiya arasında yeni GƏRGİNLİK - Vuçiç Brüsselə səsləndi

Kosovo polisi ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyanın “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb.

Bizim.Media xəbər verir ki, bu addım Kosovo Mərkəzi Bankının Serbiya valyutası dinardan istifadəni qadağan etmək siyasətinin tərkib hissəsidir.

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo tərəfinin bu addımını pisləyib, bunu hərbi münaqişəyə səbəb olmaq cəhdi kimi qiymətləndirib və Brüsseli bununla bağlı tədbir görməyə çağırıb. “Biz müharibə istəmirik, sülhü qorumaq niyyətindəyik. Lakin Kosovo tərəfi bu addımları bilərəkdən, mütəşəkkil şəkildə və müəyyən Qərb güclərinin dəstəyi ilə atır”, – deyə Serbiya Prezidenti bildirib.
 

Həm ABŞ, həm də Avropa İttifaqı Kosovonun bu addımını pisləyib. Birləşmiş Ştatların Priştinadakı səfirliyi ABŞ-ın Kosovonun bu hərəkətindən dərin məyusluq hissi keçirdiyini bildirib.


Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano isə birtərəfli və razılaşdırılmamış addımların Aİ-nin dialoq səylərinə xələl gətirdiyini deyib.

“Biz Kosovo hökumətini qərarını yenidən nəzərdən keçirməyə çağırır və bu məsələnin dialoq çərçivəsində danışıqlar yolu ilə həllini tapmasına ümid bəsləyirik”, - deyə o əlavə edib.

Xatırladaq ki, mayın sonlarında Kosovo hökuməti ölkənin şimalında serblərin yaşadığı bələdiyyələrdə Serbiyaya məxsus Post Əmanət Bankının altı filialını bağlamışdı.

Fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo 2002-ci ildən etibarən avrodan istifadə edir. Ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə isə əhali həm serb dinarı, həm də avrodan istifadə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kürdəxanıda qəzalı vəziyyətdə olan Soltan Əli məscidi ilə bağlı RƏSMİ AÇIQLAMA

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - FOTO

İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - FOTO

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 190 mina aşkarlandı

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

Sentyabrın ilk gününün HAVASI: Leysan, şimşək...

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

Bu kənddə hamı xalatla gəzir

Bu kənddə hamı xalatla gəzir

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Bakıda yayın son konserti keçirildi- Fotolar

Bakıda yayın son konserti keçirildi- Fotolar

"Qarabağ" Dani Boltla yolları AYIRDI

"Qarabağ" Dani Boltla yolları AYIRDI

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

Tokayev onu baş nazir təyin etdi

Tokayev onu baş nazir təyin etdi

Bakıda avtomobil aşdı – VİDEO

Bakıda avtomobil aşdı – VİDEO

Şükufə Yusupovanın vəziyyəti necədir?

Şükufə Yusupovanın vəziyyəti necədir?

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Prezident və birinci xanım Qırğızıstanda səfərdədir – FOTO/VİDEO

Prezident və birinci xanım Qırğızıstanda səfərdədir – FOTO/VİDEO

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

End of content

No more pages to load

RADİO