Qurban Qurbanov: “Futbolçuları istədiyimiz kimi hazırlaya bilmədik” - VİDEO

"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Ludoqorets"i qəbul edəcək.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib matça çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Çünki yaxşı təcrübəsi, ayrılıqda oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq. Futbolçularımızı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq tam istədiyimiz kimi hazırlaya bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular oyundan-oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər. İnanıram ki, azarkeşlər razı qalacaq.

- "Ludoqorets" səfər matçlarında uduzub. Bu, sizin üçün nəsə deyir?

- Xeyr. Mərhələ iki matçdan ibarətdir. "Ludoqorets"in oyununa baxanda, oyunçuların, komandanın təcrübəsi məni cəlb etdi. Çox soyuqqanlıdırlar. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma "Ludoqorets" istənilən anda, lazım olanı edə bilir. Bu da məni çox cəlb etdi. Əvvəlki oyunların nəticəsinə baxmırıq. Bəlkə komandada hardasa bir az qeyri-ciddilik olub. Amma ilk oyunda nəticə əldə ediblər, cavab matçında isə nəticəni qoruyublar.

- Elvin Cəfərquliyev "Araz-Naxçıvan"la matçda da qırmızı vərəqə ilə cəzalandırıldı. Bu dəfə şans versəz, hazırdır?

- Onun qırmızı vərəqəsini çox da müzakirə etməyə ehtiyac yoxdur. Bəli, hər bir futbolçu özünü düzgün idarə etməyə çalışmalıdır. Bu, çox vacibdir. Çünki futbol kollektiv oyundur. Hazırlaşırsan, amma düşünmədiyin anlarda həmin detallar təsir edir. Mənə də Elvin haqda çox suallar verilməsini istəməzdim. Psixoloji basqı ola bilər. Kollektivdə problem yoxdursa, işləməyə nə var ki? Bəzən belə amillərin faydası olur ki, digər oyunçular ayılsın, diqqətli olsun. Çempionatda qırmızı vərəqə alması Elvinin özü və digər oyunçular üçün də siqnal olsun. Elvinin futbol təcrübəsi az deyil. Yaşına baxmayaraq, avrokuboklarda, milli oyunlarda böyük təcrübəyə malikdir. İnanmıram ki, sabah meydana buraxsaq, əsəbləri onun üçün problemə çevrilsin. Özü də başa düşür. Təcrübəsi xeyli çoxalıb. Özü də bilir ki, bu halların təkrarlanması onun üçün də yaxşı deyil. Futbol mübarizə oyunudur. Bəzən görürsən ki, hakimlər ilk sarı vərəqəni verməyə tələsirlər. Dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli yanaşır. Biri sərt oyuna şərait yaradır, digəri yaratmır. Hakimlər deyir biz oyunçuları qoruyuruq. Amma deyirəm ki, komandanı qorumuruq axı. Biri var dirsəklə vurmaq, biri var açıq ayaqla vurmaq. İstənilən halda, hakimlərə haqq qazandırmaya bilmirik. Qalır hakimin idarəçiliyinə ki, versə nə olar, verməsə nə olar? Bu da təcrübədən, çempionatın səviyyəsindən irəli gəlir. Çempionlar Liqasında görürük ki, hakim oyunun əvvəlində sarı vərəqə verə bilər, amma sonda göstərir. Hansısa komandanın gücünü almırlar. Sonda isə problem futbolçuya gəlib çıxır. Oyunçu belə halları nəzarətdə saxlamalıdır ki, qarşıdakı matçlarda hakimlər ona qarşı daim sarı göstərməkdə maraqlı olmasın.

- Püşkatma sizin üçün uğurludur? Pley-off mərhələsində "Qarabağ"ı "Dinamo" (Zaqreb) gözləyir...

- Həmişə istənilən püşkə normal yanaşmışam. Hər bir komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. Eləcə də, bizə qeyri-ciddi yanaşa bilməzlər. Bizi indi düşündürən, vacib olan "Ludoqorets"dir. Ardıcıl 9 il avrokubokların qrup mərhələsində oynamaq çox böyük nailiyyətdir. Çox diqqətli olmalıyıq. Hansısa dəqiqələrdə üstünlüyümüz ola bilər, amma bu, bizi aldatmamalıdır. Fərdi keyfiyyətləri üstün olan komandalar var. Çox ciddi olmalıyıq.

- Mərc şirkətləri sabahkı matçda "Qarabağ"ı favorit göstərir. Bu haqda nə deyərdiz?

- Normal baxıram. İki komandadan birini favorit göstərməlidirlər. Bizə o gözlə baxırlarsa, belə reaksiya verməli deyilik. İşin görünən və görünməyən tərəfi var. Ola bilər ki, görünən tərəfini görürlər. Bizim ən böyük diqqətimiz elə görünməyən tərəflərdə olur. Onu düzgün analiz etməliyik. Normal baxıram. Elə olub ki, rəqibimizi favorit görüblər. Biz buna görə oyuna görə hazırlaşmayacağıq.

- Musa Qurbanlının durumu nə yerdədir?

- Menisk əməliyyatı bir aylıq prosesdir. Sonra bərpa prosesi gedir. Çox da ciddi zədə deyil. Fərdi məşqlərə başlayıb. Üç gündür artıq məşq edir. Bir həftəyə komanda ilə məşqlərə başlayacaq. Bir aydan sonra lazım olan halda meydana çıxa bilər.

- Ötən mövsüm avrokuboklarda sıçrayış etdiniz. Qorxmursuz ki, Juninyonu qışda itirə bilərsiz. Çünki çox yaxşı çıxış edir..

- Bizə böyük diqqət ayırırlar, doğrudur. Bunun hər oyunda şahidi olmuşuq. "Ludoqrets" haqda danışıramsa ki, təcrübəli klubdur, onlar da bizim haqqımızda belə danışırlar. Bu, işimizi çətinləşdirir. Ancaq əlavə motivasiya verir. Daha hazırlıqlı olmalıyıq ki, rəqibin bizə qarşı göstərdiyi mübarizəyə də hazır olaq. Juninyo məsələsinə gəldikdə, bu barədə düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O, özü peşəkar olaraq, yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun. Qışa kimi nə olacaq, onu zaman göstərəcək.

- "Qarabağ"a yeni oyunçu gələcək?

- Gəlməli idi. Amma gələsi olmadı. O qədər dedim ki, danışırıq, sonda alınmır, bu dəfə də elə oldu. İki gün öncə bir futbolçu Bakıda olmalı idi. Amma əfsuslar sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb.



 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

End of content

No more pages to load

RADİO