HƏMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deif öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" hesabında məlumat paylaşılıb.
"Biz indi təsdiq edə bilərik: Məhəmməd Deif məhv edilib", paylaşımda qeyd olunub.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə dünən gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.
Bizim.Media