Türkiyənin sabiq maliyyə naziri Abdüllatif Şenerin oğlu nənəsini öldürüb.
Bizim.Media “NTV”yə istinadən xəbər verir ki, Bedirhan Şener Ankarada yaşadıqları evdə mübahisə zəmnində nənəsi Leyla Çetineri girov götürüb. Bu zaman eks-nazir küçəyə qaçaraq polisə zəng edərək məlumat verib.
Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. Lakin bu zaman o, nənəsini silahla vuraraq öldürüb.
B. Şener saxlanılıb.
İnsidentin detalları açıqlanmayıb. Araşdırma aparılır.
Bizim.Media