Donald Tramp demokratları Co Baydenin prezident səlahiyyətlərini ələ keçirməkdə ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə siyasətçi "Fox News"a müsahibəsi zamanı danışıb.
“Onlar (demokratlar - red.) demokratiya üçün təhlükədir. Görün nə etdilər? Sadəcə olaraq, prezidentin vəzifəsini ələ keçirdilər. Bu, güc yolu ilə ələ keçirmə idi. Bayden indi çox qəzəblidir, bilirsiniz. Prezidentlik əlindən alınıb, uşaq kimidir”, – deyə o, əlavə edib.
Eyni zamanda, Tramp seçkilərdəki rəqibinin müstəqil olaraq hər hansı bir qərar qəbul etməsinə və sağ olduğuna şübhə edib.
Bizim.Media