İranın Xaş şəhərində SEPAH yerli sakinləri güllələyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb.
Məlumata əsasən, Xaş şəhərinin Qaderabad kəndinə SEPAH-ın hücumu və atəş açması nəticəsində 50 yaşlı qadın ölüb, bir neçə nəfər yaralanıb.
Hərbi qüvvələr yaralıların daşınması üçün təcili yardım avtomobilinin əraziyə daxil olmasına mane olub, kənd sakinləri isə yaralıları şəxsi avtomobilləri ilə Xaş xəstəxanasına çatdırıblar.
Bizim.Media