İsrailə məxsus pilotuz uçuş aparatı (PUA) Livanın cənubundakı Şaqra şəhəri yaxınlığına zərbələr endirib.
Bizim.Media "Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə Livanın xilasetmə xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralananlardan birinin uşaq olduğu deyilib.
Qeyd edək ki, bu, şənbə günü "Hizbullah"ın Colan təpələrində 12 uşağın ölümünə səbəb olan raket hücumundan sonra İsrailin Livana ilk ölümcül zərbəsidir. İsrail daha öncə bu barədə xəbərdarlıq etmişdi.
Bizim.Media