Bu gün səhər İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın prezident fərmanı İranın ali lideri Əli Xamenei tərəfindən təsdiqlənib.
Bizim.Media xəbər verir ki, mərasimdə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei də iştirak edib.
Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentində olacaq.
Qeyd edək ki, İranın həm Ali Rəhbəri, həm də prezidenti etnik azərbaycanlıdır.
Bizim.Media