Moskvada çeçen milyarder Musa Bajayevin 23 yaşlı oğlu Timur Bajayev Lujniki stadionunun ərazisində polislə dava edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri Telegram kanalları yayıb.
Xatırladaq ki, Timur Bajayevin atası tikinti, neft sənayesi ilə məşğul olan "Qruppa Alyans" konserninin prezidenti və ortaq sahibidir.
O, həm də Uzaq Şərqdə və Krasnoyarsk diyarında əlvan metal yataqlarının emalı ilə məşğul olan "Russkaya platina" Şirkətlər Qrupunun direktorlar şurasının sədridir.
Bizim.Media