Xəbər verdiyimiz kimi Livandan İsrailin şimalına 30-a yaxın raket atılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Bildirilib ki,Məcdəl Şəmsə atılan bir raket futbol meydançasına düşüb və çoxsaylı insan tələfatına səbəb olub.
Belə ki, hücum nəticəsində 9 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Bizim.Media