Böyük Britaniya Moskva ilə gərginliyin ciddi şəkildə artması qorxusuna görə Ukraynanın Rusiyaya qarşı “Storm Shadow” raketlərindən istifadəsinin qarşısını alır.
Bizim.Media xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb.
Nəşrin yazdığına görə, İngiltərənin NATO müttəfiqlərindən bəziləri də eyni qərara gəliblər.
Nəşr xatırladır ki, iyulun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski artıq Britaniyanın Rusiyaya uzaq məsafədən zərbələr endirmək üçün icazə verdiyini bəyan etmişdi. Amma qəzet yazır ki, əslində bu, belə deyil.
Bizim.Media