Gürcüstanın qərbində Çxorotsku kəndi yaxınlığında 4.3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında bildirilir.
Zəlzələnin ocağı Çxorotskudan 13 km şimal-qərbdə, Taya kəndi yaxınlığında, 17 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 09:45-də qeydə alınıb.
Bizim.Media