Azərbaycan əsilli türkiyəli yazıçı Afşar Timuçin 84 yaşında vəfat edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Timuçin iyulun 28-də Zincirlikuyudakı ailə məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, A.Timuçin 1939-cu il avqustun 31-də Manisada anadan olub. Bir çox kitabların müəllifidir.
Bizim.Media