Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsindəki kondensat emalı sexində partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Bildirilib ki, partlayış gecə saatlarında kompleks qaz hazırlama qurğusunun partlaması səbəbi ilə meydana gəlib. Nəticədə bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Qeyd edək ki, faktla bağlı araşdırmalar davam edir.
Bizim.Media