Rusiya ordusunun Ukraynaya ərazisinə atdığı pilotsuz uçuş aparatlarının (PUA) qalıqları Rumınıya ərazisinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Naziri Luminitsa Odobesko öz sosial şəbəkə hesabında məlumat verib.
Nazir bu əməlləri qınadığını bildirib:
"Ukraynanın mülki infrastrukturuna qarşı hücumlar Rusiya tərəfindən həyata keçirilib. Təyyarənin qalıqları Rumıniya ərazisində tapılıb. Biz bu məsələ ilə bağlı müttəfiqlərimizi məlumatlandırmışıq və onlarla əlaqədəyik. Rumıniya bu məsuliyyətsiz hərəkətləri qətiyyətlə pisləyir".
Bizim.Media