Rusiyanın Kaluqa vilayətində "Mi-28" helikopteri qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, helikopter boş əraziyə düşüb. Nəticədə ekipaj üzvləri həlak olub.
Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.
Bizim.Media