İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər yeni ittifaq yaratmağı təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Netanyahu ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasının birgə iclasında çıxışında deyib.
O qeyd edib ki, bu təşkilat “İran təhlükəsi”nə qarşı yönələcək.
“Sivilizasiya qüvvələrinin qələbə çalması üçün Amerika və İsrail bir yerdə olmalıdır”, - deyə İsrailli nazir vurğulayıb.
Bizim.Media