Slovakiya Ukraynanı silahlandırmaqdan imtina edir, lakin ölkə istehsalı olan mərmilər hələ də Ukrayna tərəfində qalır.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Kalinyakın sözlərinə görə, hökumət alıcıların döyüş sursatını hara göndərdiyinə tam nəzarət edə bilmir və mərmi istehsalı Slovakiya iqtisadiyyatını dəstəkləyindən gələn il onların istehsalını 200 min ədədə çatdırmaq planlaşdırılır.
“Biz Ukraynaya pulsuz hərbi yardım göstərməyəcəyik, lakin müdafiə istehsalına məhdudiyyət qoymayacağıq, çünki o, ÜDM-imizi dəstəkləyir”, - Kalinyak vurğulayıb.
Bizim.Media