ABŞ prezidentliyinə namizəd Donald Tramp Amerikanın hazırkı vitse-prezidenti Kamala Harrisi "qəddar və axmaq" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp "New York Post"a açıqlamasında bildirib.
“Kamala Harrisi təsvir etmək üçün iki söz var: qəddar və axmaq. Bu, pis birləşmədir” - deyə Tramp bildirib.
Qeyd edək ki, Demokratlar partiyası Co Baydenin getməsinin ardından hələ də, namizədini açıqlamayıb. Partiyada ən yüksək səs toplayan Kamala Harrisin namizəd olmaq ehtimalı daha yüksəkdir.
Bizim.Media