Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında avqust ayında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bizim.Media xəbər verir ki, bu barədə “ANKA”ya Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
“Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir” ,- deyə XİN-dən bildirilib.
Qeyd edək ki, ötən gün “Daily Sabah” qəzeti Ərdoğanla Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqust ayında Moskvada baş tutacağını iddia edib.
Bizim.Media