ABŞ prezidenti Cozef Bayden namizədliyini geri çəkdikdən sonra onun partiyası olan Demokratlar 46.7 milyon dollar qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "ABC News" partiyanın dollar fondu "ActBlue"-ya istinadən məlumat verib.
Bildirilib ki, prezident Biden vitse-prezident Kamala Harrisin namizədliyini təsdiqlədikdən sonra Kamalanın tərəfdarları tərəfindən fondda 46,7 milyon dollardan çox vəsait ianə edilib.
"Bu, 2024-cü ildə ən böyük pul toplama günü oldu"- fonddan məlumat verilib.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Trampın rəqibinin ABŞ-nin hazırki vitse-prezidenti Kamala Harris oldacağı Bayden tərəfindən təsdiqlənib.
Bizim.Media