Türkiyədə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 05.55 radələrində Adananın Aladağ rayonunda 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 9,26 km dərinlikdə yerləşib.
Bizim.Media